...

Ceyhun Bayramov Almaniya Parlamentinin vitse-prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 18 İyul 2022 13:21 (UTC +04:00)
Ceyhun Bayramov Almaniya Parlamentinin vitse-prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

18 iyul tarixində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, C.Bayramov, bu il diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu Almaniya ilə ikitərəfli münasibətlərin, habelə Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq, cari ilin mart ayında Almaniyaya səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayıb.

Görüş zamanı, ikitərəfli və regional, habelə Ukrayna və onun ətrafında vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verilib.

Daha sonra, Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti