Bakı. Trend:
Həsrət bitdi, Böyük Qayıdış başladı.
Trend xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı özünün tvitter hesabında yazıb.
"Həsrət bitdi. Böyük Qayıdış başladı. Minadan təmizlənərək Türk şirkətləri tərəfindən böyük sürətlə yenidənqurma və yol tikintisi işləri aparılan azad Qarabağın Zəngilan rayonunda inşa edilən Ağalı kəndinə qardaşlarımız bu gün köçməyə başladılar. Qarabağ Azerbaycandır!", - deyə səfir qeyd edib.