Bakı. Trend:
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müxtəlif yolları üzrə avqustun sonuna kimi yüksək səviyyəli üçtərəfli təmasların təşkili planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev həftəlik brifinq zamanı bildirib.
"Bildiyiniz kimi, Rusiya prezidentinin iştirakı ilə istənilən yüksək səviyyəli təmasları Prezident Administrasiyası şərh edir. Eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müxtəlif yolları üzrə avqustun sonuna qədər yüksək səviyyəli üçtərəfli təmasların təşkili planlaşdırılır”, - İ.Neçayev deyib.