Bakı. Trend:
Prezident İlham Əliyev Nəsimi Ağayevin Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Nəsimi Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.