...

Azərbaycanın Laçın şəhəri üzərində nəzarəti bərpa etməsi regionda uzunmüddətli sülh yolunda vacib addımdır - Amerikalı analitik

Siyasət Materials 27 Avqust 2022 11:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Laçın şəhəri üzərində nəzarəti bərpa etməsi regionda uzunmüddətli sülh yolunda vacib addımdır.

Bunu Trend-ə amerikalı analitik İrina Tsukerman deyib.

"Bu, təkcə sülh və tam regional inteqrasiya istiqamətində atılan addım deyil, şəhər çox vacib strateji əhəmiyyətə malikdir", - analitik deyib.

İ.Tsukerman qeyd edib ki, təxminən 30 il əvvəl Laçın erməni qoşunları tərəfindən işğal olundu, onun köklü azərbaycanlı əhalisi qovuldu.

"Şəhərin mədəni və sosial obyektləri dağıdılıb, amma indi vaxtilə köçkün olmuş şəxslər və onların övladları evə qayıtmaq, şəhərin məskunlaşdırılması və bu bölgənin dinamik ticari əlaqələri bərpa etməsi barədə düşünə bilərlər", - deyə o bildirib.

Amerikalı analitik vurğulayıb ki, Azərbaycan azad edilmiş əraziləri uğurla bərpa edən, fəal şəkildə tədris, sosial və digər obyektlər inşa edən ölkə nümunəsi kimi çıxış edə bilər.

"Ermənilər şəhəri tərk edərkən yaşayış evlərini dağıdıb və indi şəhərin bərpa olunması zərurəti burada biznes üçün imkanlar yaradacaq. Bu isə ermənilərin qoyub getdiyi vəziyyətlə müqayisədə çox böyük fərqi ortaya qoyacaq. Gələcəkdə Laçın Qarabağın digər şəhər və kəndlərinin bərpası üçün nümunəyə çevrilə bilər", - İ.Tsukerman deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti