...

İsveç Azərbaycan və Ermənistan liderləri arasında görüşü alqışlayır - XİN rəhbəri

Siyasət Materials 1 Sentyabr 2022 22:46 (UTC +04:00)
İsveç Azərbaycan və Ermənistan liderləri arasında görüşü alqışlayır - XİN rəhbəri

Bakı. Trend:

İsveç Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü alqışlayır.

Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində İsveçin xarici işlər naziri Ann Linde yazıb.

"Biz Aİ Şurasının Prezidenti Şarl Mişelin bu prosesdə davamlı fəal iştirakını və Ermənistan və Azərbaycan liderlərinin dördüncü görüşünü alqışlayırıq. Aİ-nin Cənubi Qafqazda sülh və sabitlik prosesinin bir hissəsi olması vacibdir", - deyə A.Linde bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti