...

Nensi Pelosi Ermənistanın 30 illik işğalçılığı dövründə niyə səsini çıxartmadı? (TƏHLİL)

Siyasət Materials 19 Sentyabr 2022 10:15 (UTC +04:00)
Nensi Pelosi Ermənistanın 30 illik işğalçılığı dövründə niyə səsini çıxartmadı? (TƏHLİL)

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib. Sentyabrın 17-də başlayan və 3 gün davam edəcək səfər ciddi rezonans doğurub. Pelosi sentyabrın 18-də Ermənistan parlamentinin spikeri Alen Simonyanla keçirdiyi görüşdən sonra Azərbaycan əleyhinə kəskin bəyanatlar verib. O, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında sentyabrın 12-14-də baş vermiş sərhəd toqquşmaları barədə danışarkən, günahkar qismində Azərbaycanı göstərib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və bu səfər çərçivəsində səsləndirdiyi fikirlər bölgədəki reallıqları kobud və qərəzli şəkildə təhrif etməklə yanaşı, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin təmin olunmasına maneə yaratmaq, separatizmi stimullaşdırmaq, xalqlararası ədaləti qızışdırmaq, ziddiyyətləri dərinləşdirmək niyyəti güdür. ABŞ-dakı erməni lobbisindən qidalanan bəlli qüvvələr son vaxtlar yenidən aktivləşiblər. Bunun da səbəbi okeanın o tayında gözlənilən növbəti seçkilərlə bağlıdır.

Deputat bildirib ki, N.Pelosinin Ermənistana son səfəri və səfər zamanı səsləndirdiyi əsasssız fikirlər də ABŞ-dakı ermənilərdən növbəti səs dilənməsinin başlanğıcı kimi dəyərləndirilə bilər:

“Nensi Pelosinin Ermənistana səfəri seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaq məqsədi daşıyır. Artıq 85 yaşı olan N.Pelosi hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür və buna görə də ermənilərə bacardığı qədər “xaç analığı” etməklə fərqlənmək istəyir”.

V.İskəndərov bildirib ki, əsasən separatçılığı dəstəkləməklə də ad çıxaran bu xanım siyasətçinin Tayvanda da eyni mövqe sərgilədiyini bütün dünya gördü: “Bir müddət öncə N.Pelosi Tayvana səfər etməklə separatizmin dəstəkçisi olduğunu açıq nümayiş etdirdi. Lakin bu təkcə bir səfər çərçivəsində tamamlanmadı. Bu xanım siyasətçinin belə demək mümkünsə, özbaşına addımları, ürəyi istədiyi kimi davranış sərgiləməsi dünya üçün bir gərginlik ocağı da yaratdı. Vəziyyət az qala ABŞ-la Çin arasında diplomatik böhran səviyyəsinə qalxdı. İndi isə o, Ermənistanda peyda olub. Özü də Ermənistanın növbəti hərbi təxribatından sonra. Şübhə yoxdur ki, bu səfər də özü ilə bir gərginlik gətirəcək”, - deyə deputat bildirib.

O vurğulayıb ki, əslində, N.Pelosinin etdikləri səlibçi təfəkkürün nümunəsidir.

“Onun timsah göz yaşları isə bəsit auditoriyaya hesablanmış oyundur. Əgər Ermənistanın ərazi bütövlüyünə belə təəssüb göstərən N.Pelosi bu qədər ədalətlidirsə, o zaman 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxartmadı? Niyə həmin illərdə bircə dəfə də olsun Azərbaycana səfər etmədi? Bir sözlə, bu qadının əsl niyyəti, məqsədi və səfərinin arxasında gizlənən səbəb bəllidir. Ancaq Azərbaycanın da qətiyyəti hər kəsə məlumdur. N.Pelosinin erməni lobbisindən səs dilənmək məqsədi ilə səsləndirdiyi əsassız iddialar bizi haqq yolundan döndərə bilməz”, - deyə V.İskəndərov əlavə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə açıqlamasında bildirib ki, Nensi Pelosinin belə həssas dövrdə Ermənistana səfəri, verdiyi açıqlamalar açıq-aydın separatizmə dəstəyin nümunəsidir.

“Bir müddət öncə Pelosi Tayvana səfər etməklə separatizmin dəstəkçisi olduğunu açıq nümayiş etdirmişdi. O növbəti belə səfəri Ermənistana edərək sülhü, xalqların birgəyaşayışını deyil, separatizmi dəstəklədiyini bir daha göstərdi.

Heç şübhəsiz ki, bu səfərdə Pelosinin əsas məqsədi seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaqdır. Artıq 85 yaşı olan Pelosi təqaüdə çıxmaq barədə deyil, hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür. Əslində reallıq, məsələnin mahiyyəti budur. Onun Ermənistanda verdiyi açıqlamalar bu fikri bir daha təsdiq edir.

Qeyd etmək lazımdır ki, Pelosi hər zaman ənənəvi ermənipərəst mövqeyi ilə seçilib və onun Ermənistana səfər zamanı bütün diplomatik çərçivələri aşan açıqlama və iddiaları bir daha bunu göstərir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyünə belə təəssüb və dəstək nümayiş etdirən Pelosi bu qədər ədalətli və haqqın tərəfindədirsə 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxartmadı, Azərbaycana səfər etmədi, ölkəmizə dəstək nümayiş etdirmədi, Azərbaycanlılara qarşı erməni vəhşiliyini pisləmədi?

Əgər Pelosi haqqın və ədalətin tərəfdarıdırsa ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məskənlərini, infrastrukturu, qəbirləri, dini-tarixi abidələri dağıdarkən niyə bu vəhşiliyi pisləyən bəyanatlar vermədi?

Azərbaycan 30 ilə yaxın müddətdə keçmiş Qarabağ münaqişənin sülh yolu ilə ədalətli həllinə çalışdı. Ancaq Ermənistan hər zaman bu cəhdləri pozdu. Nəhayət Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yetirərək torpaqlarını azad etdi. Həmin dövrdə biz Ermənistana qarşı hər hansı ittihamların səsləndirildiyinin şahidi olmadıq. Azərbaycan torpaqlarını azad etdikdən sonra ona qarşı bu cür ədalətsiz yanşamanın nümayiş etdirilməsinin səbəbi nədir?

Tarixdən hər kəsə məlumdur ki, tarix boyu türk xalqlarına qarşı soyqırımı məhz ermənilər törədiblər. Ermənistanın soyqırımına məruz qalmasını iddia etmək ən azından saxtakarlıqdır. Bu kimi açıqlama və bəyanatlar bölgəyə sülhün gəlməsinə, təhlükəsizliyin təmin olunmasına ciddi mane olur”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti