...

Andorra şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)

Siyasət Materials 24 Sentyabr 2022 21:14 (UTC +04:00)
Andorra şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)

Bakı. Trend:

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Andorra Knyazlığının xarici işlər naziri Maria Ubac Font ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin çox uğurla inkişaf etdiyini qeyd edib və Andorra ilə bir çox sahələrdə, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğumuz diqqətə çatdırılıb. Nazir görüş zamanı, qarşı tərəfə bölgəmizdə post-münaqişə dövründə yaranmış son vəziyyət barədə məlumat verib.

Nazir Maria Ubac Font Azərbaycan ilə Andorra arasında münasibətlərdən məmnunluğunu bildirib. O, hər iki ölkənin dağlıq ərazidə yerləşdiyini nəzərə alaraq, bir sıra beynəlxalq təşkilatlarda bu istiqamətdə mövcud forumlarda əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını diqqətə çatdırıb. Andorranın xarici işlər naziri Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğu baxımından yerli şirkətlərin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti