Bakı. Trend:
İranlı qız Məhsa Əmininin ölümü ilə əlaqədar hər hansı nöqsan olarsa, mütləq cinayət işi açılacaq.
Trend-in məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi İran xalqına müraciətində deyib.
İ.Rəisinin sözlərinə görə, tibbi ekspertiza M.Əmininin ölümü haqda hələlik rəy verməyib. Gələn bir neçə gün ərzində rəy veriləcək.
Son günlərdə İranda etiraz aksiyalarına münasibət bildirən İran prezidenti bildirib ki, bəzi problemlərlə bağlı dialoq, tənqid və hətta etirazlar üçün mərkəzlər yarada bilərik. Bu məsələ İran konstitusiyasında da var.
"Heç bir halda vətəndaşların canı və malına hücum edilməsinə icazə vermək olmaz. Bəzi şəxslərin iğtişaşla cəmiyyətin asayişini pozmalarına icazə vermək olmaz", - deyə o qeyd edib.