Şuşa. Trend:
Malayziya Cənubi Qafqazda sülhün bərpası üzrə Azərbaycanın səylərini yüksək qiymətləndirir.
Bunu Trend-ə Malaya Universitetinin professoru Roy Entoni Rocers Azərbaycan beyin mərkəzləri I Forumu çərçivəsində deyib.
"Beynəlxalq ictimiayyət sülhün və demarkasiya prosesinin dəstəklənməsində vacib rol oynayır. Ermənistan istəsə də, istəməsə də yekunda region ölkələri ilə, təkcə Azərbaycanla deyil, Türkiyə ilə əməkdaşlıq etməlidir", - deyə o bildirib.
O əlavə edib ki, Azərbaycanın öz ərazilərinin və regionda sülhün bərpası üzrə səyləri Malayziya tərəfindən yüksək qiymətləndirilir.
"Hesab edirəm ki, Azərbaycan həqiqətən də dayanıqlı sülhün qayğısına qalır. Malayziya 30 il ərzində hər zaman Azərbaycanı dəstəkləyib, həm BMT, həm də İƏT çərçivəsində ölkəyə dəstəyini bildirib", - R.E.Rocers deyib.
(Tərcümə: Orxan Nəbiyev)