...

Mülki prokurorluqlar azad olunmuş rayonların əhalisinin əsasən kompakt yaşadığı yerlərdə yerləşir - Kamran Əliyev

Siyasət Materials 1 Oktyabr 2022 11:25 (UTC +04:00)
Mülki prokurorluqlar azad olunmuş rayonların əhalisinin əsasən kompakt yaşadığı yerlərdə yerləşir - Kamran Əliyev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Artıq işğaldan azad olunmuş ərazilərdə mülki əhali var, işləyirlər, o cümlədən bizim hərbçilərin ailələri oradadır, infrastruktur layihələri var. Ona görə də biz qərara aldıq ki, mülki prokurorluğun da işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə, növbətçilik əsasında qayıtması zəruridir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, mülki prokurorluqlar əsasən işğaldan azad olunmuş rayonların əhalisinin kompakt yaşadığı yerlərdə yerləşir.

“Eyni zamanda, biz növbətçillik əsasında əməkdaşlarımızı həmin rayonlara göndərmişik. Həmin yerlərdə də bütün şərait, infrastruktur yaradılıb, öz fəaliyyətlərini həyata keçirirlər. Həmçinin, Azərbaycan Prezidentinin 2021-ci il aprel ayında imzaladığı fərmanla yeni Qubadlı və Kəlbəcər hərbi prokurorluqları yaradılıb, yeni ştatlar müəyyənləşib. Bu gün bizim işğaldan azad olunmuş ərazilərdə kifayət qədər kadr potensialımız var”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti