Ağdam. Trend:
Bu gün Azərbaycanın azad edilmiş ərazilərində gördüyümüz irəliləyiş heyrətləndirir.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın "Chapman Taylor" şirkətinin direktoru Marselina Jelinska Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində deyib.
"Biz bu gün Ağdam şəhərinin bərpası üzrə planlarla tanış olduq. Biz Azərbaycan hökumətinin bu torpaqların dirçəldilməsi üzrə ambisiyalı planlarından heyranlıq duyuruq", - deyə o bildirib.
Direktor qeyd edib ki, müxtəlif layihələrin icrası davam etdiriləcək.
"Biz həm də Cəbrayıl şəhərində işləyəcəyik. Bu iş Şuşada gördüyümüz işlərdən fərqlənəcək. Cəbrayılda daha çox sosial infrastruktur olacaq", - o deyib.
M.Jelinska vurğulayıb ki, ilkin tapşırıqlardan biri ətraf mühitin mühafizəsidir.
(Tərcümə: Orxan Nəbiyev)