...

BTC boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir - Ərdoğan

Siyasət Materials 11 Noyabr 2022 10:18 (UTC +04:00)
BTC boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, türk dövlətlərinin ortaq coğrafiyası strateji enerji dəhlizlərinin kəsişməsində yerləşir.

"BTC boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir. Buna görə də təşkilatımız çərçivəsində enerji sahəsində birgə layihələrə böyük əhəmiyyət veririk", - deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti