...

Əlcəzair soyqırımı ilə bağlı Azərbaycan parlamentində dinləmələr keçirilsin - Ramin Məmmədov

Siyasət Materials 16 Noyabr 2022 11:47 (UTC +04:00)
Əlcəzair soyqırımı ilə bağlı Azərbaycan parlamentində dinləmələr keçirilsin - Ramin Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hesab edirik ki, 1,5 milyon insanın qətli ilə nəticələnən Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxmaq mümkündür.

Trend-in məlumatına görə, bunu deputat Ramin Məmmədov noyabrın 16-da Milli Məclisin plenar iclasında Fransa Senatının anti-Azərbaycan qətanməsi ilə bağlı çıxışı zamanı deyib.

R.Məmmədov bildirib ki, Fransa Senatı dünən növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirərək, ölkəmiz əleyhinə əsassız qətnamə qəbul etdi. Qətnamədə kifayət qədər absurd iddialar və ifadələrə yer verilib.

"Bu ilin sentyabrında Ermənistanın hərbi təxribatları nəticəsində baş vermiş hadisələr tamamilə başqa bir rakursdan qiymətləndirilir, 30 il ərzində torpaqları işğal edilmiş bir ölkə hərbi təcavüzdə ittiham edilir. Azərbaycanın ərazilərində hansısa qondarma qurum “müstəqil subyekt” kimi təqdim olunur. Bu, açıq-aşkar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir. Beynəlxalq hüquqa, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərə ziddir. 13-14 sentyabrda baş vermiş hərbi təxribat zamanı Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, öz suverenliyinə və ərazi bütövlüyünə təhlükəni dəf etmək, hərbi qulluqçularının və dövlət sərhədinin bilavasitə yaxınlığında cari bərpa və yenidənqurma işlərində iştirak edən mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri həyata keçirib”, - deyə deputat qeyd edib. O bildirib ki, qətnamədə göstərilənlərin əksinə olaraq, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəlarını Azərbaycan deyil, məhz Ermənistan pozub. “Çünki Ermənistan silahlı qüvvələrinin və qanunsuz hərbi birləşmlərinin Azərbaycan ərazilərini tərk etməsi, regionda bütün kommunikasiyaların açılması ilə bağlı müddəaları yerinə yetirməkdən yayınan Ermənistandır. Ermənistan müharibə bitdikdən sonra belə Azərbaycan ərazilərində minaların basdırılmasını davam etdirib, mina xəritələrini təqdim etməkdən müxtəlif bəhanələrlə yayınır. Halbuki, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyaya görə dövlətlər minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Ermənistan "Hərbi əsirlərlə rəftara dair" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" Cenevrə Konvensiyalarını və onlara əlavə protokolların tələblərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılar haqqında məlumatları vermir. Bütün bunların fonunda Fransa Senatının belə bir sənəd qəbul etməsi, hesab edirik ki, bu ölkənin beynəlxalq hüquqa əsl münasibətini ifadə edir. Keçmişində Əlcəzair soyqırımı kimi bir ləkə olan, Seneqal, Madaqaskar, Kamerun, Ruanda, Çad və Mərakeşdə qətliamların iştirakçısı olmuş Fransanın irqi ayrı-seçkilikdən danışmağa haqqı yoxdur. Hesab edirik ki, 1,5 milyon insanın qətli ilə nəticələnən Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxmaq mümkündür. Xüsusi vurğulamaq istərdim ki, Senatın səs çoxluğu ilə qəbul etdiyi bu qətnaməyə səs verənlər nəticə etibarilə Fransanın Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda, Cənubi Qafqazdakı proseslərdə iştirakının əleyhinə səs verdilər”, - deyə R.Məmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti