...

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Siyasət Materials 4 Dekabr 2022 16:56 (UTC +04:00)

Bakı. Trend:

4 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə Trend-ə bazar günü XİN-in mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti