...

İran Azərbaycana qarşı fəal şəkildə təxribat fəaliyyəti həyata keçirir - Fransız jurnalist Jan-Mişel Brün

Siyasət Materials 5 Dekabr 2022 19:58 (UTC +04:00)
İran Azərbaycana qarşı fəal şəkildə təxribat fəaliyyəti həyata keçirir - Fransız jurnalist Jan-Mişel Brün

Trend-i buradan izləyin

Bakı. Trend:

Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brün qəzetdə 2022-ci il dekabrın 1-də Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti Rusiyanın nəzarəti altında olan əraziyə İran kəşfiyyat qrupunun buraxılması barədə məqalə dərc edib.

Məqalədə bildirilib ki, Azərbaycan xüsusi xidmət orqanları müxtəlif kanallar vasitəsilə İran İnqilabı Keşikçiləri Korpusu qüvvələrinə məxsus 12 nəfərlik komandanın adını açıqlayıb. Onlar komandanın İran tərəfindən İran rejiminin Azərbaycana tətbiq etmək qərarına gəldiyi yeni strategiya, “gizli terror” strategiyası çərçivəsində göndərildiyini də Azərbaycan ictimaiyyətinə çatdırıblar.

Müəllif Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarına istinadən qeyd edib ki, sözügedən qrup Qarabağın separatçı əhalisinə məlumat çatdırmaq və təlimat vermək üçün göndərilib.

Fransız jurnalistin fikrincə, bu, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini cənab Şadlinskinin İranın gözlənilməz hala gəldiyi və regionda, əsasən də Azərbaycana qarşı yönələn fəaliyyətini artırması barədə verdiyi bəyanatından sonra baş verdi: “İran xüsusi xidmət orqanları Azərbaycana qarşı fəal şəkildə kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirir”, -deyə məqalədə vurğulanııb.

Həmçinin, qeyd olunub ki, “Black Reward” haker qrupu tərəfindən Fars xəbər agentliyinin sındırılması nəticəsində yayılan digər məxfi sənəddə Azərbaycan və Türkiyə İrana düşmən qüvvələr kimi, Ermənistan isə “strateji müttəfiq, lakin zəif və ajiataj yaşayan bir ölkə” kimi təsvir edilir.

“Bu, Rusiya Federasiyasının öz iqtisadiyyatını və geosiyasi maraqlarını əvvəlcə Çinin silahlı qüvvələrinə, indi isə keyfiyyətsiz İran pilotsuz uçuş aparatlrına satması ilə bağlı kütləvi zəifliyi ilə izah oluna bilər, lakin bu, daha dərin təhlil tələb edən mövzudur, çünki qondarma "Rusiya İmperiyası" çox sürətli və misilsizdir”, -deyə müəllif hesab edib.

Brün hesab edir ki, Müşahidəçilər üçün bu işin əsas marağı İranın bütün regionda öz ətrafına getdikcə daha çox düşmən toplamasıdır.

Müəllif “Xalq Xidmətçisi” adlı Ukrayna partiyasının bir millət vəkilinin çıxışından da həmçinin istinad verərək məqalədə qeyd edib: "Azərbaycan azərbaycanlıların əhəmiyyətli bir hissəsinin yaşadığı İran üçün əsas təhdiddir. Anlamaq lazımdır ki, İran bundan olduqca narahatdır, amma maraqlısı odur ki, Ermənistanı maliyyələşdirir. Və İran dronlarının Ukrayna şəhərlərini bombaladığını görəndən sonra biz tərəddüd etmədən Azərbaycanı dəstəkləməliyik”.

Fransız jurnalist onu da əlavə edib ki, Türkiyənin, xüsusən də İsrail və Səudiyyə Ərəbistanının uzun müddət İran rejimi üçün başağrısı və çəkindirici rol oynadığı açıq-aydın görünsə də, Azərbaycanın simasında İrana daha bir təhlükə və düşmənin qatılması problemli ola bilər.

“Azərbaycan uzun müddətdir ki, İran molla rejimi üçün “yatmış düşmən” olub, lakin bütün fikir ayrılıqları və narazılıqlar sanki yenidən oyanır. Hər iki tərəfdə.

Azərbaycanı İsraildəki “sionist rejim”lə daha sıx birləşməkdə və Zəngəzur dəhlizi yaratmaqla İranla Ermənistan arasında əlaqəni kəsməklə hədələməkdə günahlandıran İran indi Azərbaycanın İrandakı azəri azlığından İrana qarşı istənilən vaxt oynanılacaq bir kart kimi istifadə edə biləcəyindən qorxduğunu ifadə edir.

Azərbaycan İranı Qarabağa münasibətdə Azərbaycan ərazilərinin ərazi bütövlüyünə "dəstəklənməsi" ilə bağlı davam edən ikiüzlülüyündə günahlandırır. Bu, 1990-cı illərdən bəri, yəni Birinci Qarabağ müharibəsindən bəri, İranın Ermənistana maddi-texniki təchizat və hərbi təlim vermək üçün silah, təlimçilər və məxfi xidmət zabitləri göndərməsi ilə özünü bir daha büruzə verir”, - deyə müəllif xatırladıb.

Fransız jurnalistin fikrincə, Azərbaycan hökuməti və ictimaiyyəti də İran mediasının, hətta siyasətçilərin davamlı təhdid və təhqirlərindən yorulub ki, bu da iki ölkə arasında münasibətlər baxımından sıfır nəticəli oyuna gətirib çıxarır.

“İranda azərbaycanlı azlığına qarşı pis rəftar, azərbaycanlıların öz dillərini xüsusi məktəblərdə öyrənmələrinin mümkünsüzlüyü, halbuki ermənilər, gürcülər və kürdlər üçün bu şəraitin yaradılması təmin olunur, azərbaycanlıların hiddətini daha da artırır.

Azərbaycan və İran arasında münasibətlərin haraya gəlib çıxacağı bəlli olmasa da, Fransa və İranın Rusiya ilə birlikdə erməni uydurmasına stimul verərək, regiondakı maraqlarını necə uzlaşdırdığı, digər tərəfdən isə Ukrayna-Türkiyə-İsrail üçbucağının formalaşması məsələsi xüsusilə maraq doğurur. Bu bloklar arasında uçurumun artacağını təxmin etmək qurxu yaradır”, -deyə müəllif yekun olaraq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti