...

“İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilib

Siyasət Materials 6 Dekabr 2022 15:51 (UTC +04:00)
“İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

“Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti