...

Aİ xarici işlər nazirləri "Şərq tərəfdaşlığı" üzrə həmkarlarına dəstəyi təsdiqləyəcəklər

Siyasət Materials 10 Dekabr 2022 09:44 (UTC +04:00)
Aİ xarici işlər nazirləri "Şərq tərəfdaşlığı" üzrə həmkarlarına dəstəyi təsdiqləyəcəklər

Bakı. Trend:

Bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirlərinin Aİ Xarici İşlər Şurası çərçivəsində "Şərq tərəfdaşlığı" üzrə görüşü olacaq.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, yüksək çinli avropalı rəsmi Brüsseldə jurnalistlərə açıqlamasında bu görüşü şərh edib.

O bildirib ki, bu sammit tərəfdaşlığın sabitlik və enerji təchizatı ilə bağlı çağırışlara necə cavab verə biləcəyini nəzərdən keçirməyə imkan yaradacaq:

"Bu görüşün üç məqsədi var. Birincisi, Aİ-nin regiona dəstəyini və tərəfdaşlıq siyasətini nəzərdən keçirmək öhdəliyini xatırlatmaqdır. İkinci məqsəd tərəfdaşlığın regionda sülh və sabitliyə sonrakı töhfəsinə yönəlik strateji oriyentasiyadır. Üçüncüsü, nazirlər üçün Ukraynadakı hadisələrin bütövlükdə "Şərq tərəfdaşlığı üçün nəticələrini müzakirə etmək imkanı olacaq".

Adının açıqlanmasını istəməyən mənbə jurnalistləri Aİ Şurasının gündəliyi barədə də məlumatlandırıb. Onun sözlərinə görə, dekabrın 12-də Şərq tərəfdaşları ilə qeyri-rəsmi səhər yeməyi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti