Şuşa: Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası artıq ikinci gündür ki, davam edir.
Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, gecə boyu aksiya iştirakçıları dağılmayıb və onlar öz şüarlarını səsləndirməyə davam ediblər.
Etirazçılar tələblərini bildirmək üçün general-mayor Volkovu aksiya yerinə gəlməyə çağırırlar.
Aksiya 30 saatdan çox davam edir.
Rusiya sülhməramlıları da, öz növbəsində, canlı səddən əlavə etirazçılarla sülhməramlılar arasında taxta arakəsmə də quraşdırıblar.
Daha ətraflı məlumat hazırladığımız videoreportajda: