...

Milli Məclisdə Ulu öndər Heydər Əliyevlə bağlı konfransın keçirilməsi təklif edilib

Siyasət Materials 23 Yanvar 2023 12:06 (UTC +04:00)
Milli Məclisdə Ulu öndər Heydər Əliyevlə bağlı konfransın keçirilməsi təklif edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda həyata keçirilən sosial siyasətin formalaşmasında xüsusi müstəsna rolu var. Ona görə də təklif edirəm ki, yaz sessiyasında “Heydər Əliyev və dayanıqlı sosial strategiya” mövzusunda konfransın təşkili məsələlərinə baxaq. Bunun üçün böyük potensial var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Komitə sədri Musa Quliyev isə növbəsində ümummilli lider Heydər Əliyev haqqında konfransın keçirilməsinin komitənin 2023-cü il iş planına daxil edilməsi təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti