...

Tehrandakı səfirliyimizdə yalın əllə silahlı terrorçunun qarşısını alan şəxsin kimliyi bilindi (FOTO/VİDEO)

Siyasət Materials 27 Yanvar 2023 16:04 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyinə hücum edən cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi müəyyən edilib.

Trend-in məlumatına görə, onun Vasif Tağıyev olduğu bildirilir.

Səfirlikdəki terror aktı zamanı Vasif silahlı şəxsin üzərinə atılaraq onu zərərsizləşdirə bilib.

Vasif Tağıyev səfirliyin mühafizə xidmətinin əməkdaşıdır.

Vasif Tağıyev evlidir, üç uşaq atasıdır.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti