...

Prezident İlham Əliyev: Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı qonşu ölkələrə qaz təchizatının genişləndirilməsinə şərait yaradır

Siyasət Materials 3 Fevral 2023 11:11 (UTC +04:00)
Prezident İlham Əliyev: Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı qonşu ölkələrə qaz təchizatının genişləndirilməsinə şərait yaradır

Bakı. Trend:

Mühüm hadisələrdən biri də Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı oldu. Bu, təbii ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılıb və onun genişləndirilməsindən xəbər verir.

Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

İnterkonnektorun açılmasının Bolqarıstana təbii qazın tədarükünə başlamağa imkan verdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, həmçinin interkonnektor vasitəsilə qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti