...

Azərbaycan hər zaman Türkiyənin yanındadır - XİN

Siyasət Materials 6 Fevral 2023 09:42 (UTC +04:00)
Azərbaycan hər zaman Türkiyənin yanındadır  - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edilib.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan Türkiyənin hər zaman yanındadır - deyə qeyd edilib.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralı var.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti