...

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi

Siyasət Materials 8 Fevral 2023 16:09 (UTC +04:00)
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilir:

“Qeyd. Bu Qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti