...

Azərbaycan səfirliyinə hücum beynəlxalq hüququ ayaqlamaqdır - Reza Pəhləvi (VİDEO)

Siyasət Materials 18 Fevral 2023 13:49 (UTC +04:00)
Azərbaycan səfirliyinə hücum beynəlxalq hüququ ayaqlamaqdır - Reza Pəhləvi (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan səfirliyinə hücum beynəlxalq hüququ ayaqlamaqdır.

Trend-in məlumatına görə, bunu "ARB" telekanalına açıqlamasında Reza Pəhləvi deyib.

"İran rejimi beynəlxalq qanunlara əhəmiyyət vermir. Bu hücumun başqa adı yoxdur. İran rejimi beynəlxalq qanunlara üz çevirib, onlara əhəmiyyət vermir. İranda gedən proseslər bu ölkəni azad ölkəyə çevirə bilər. İran ərazisində yaşayan hər bir vətəndaş Cənubi Azərbaycan əhalisinin hüquqlarına qanunlar çərçivəsində hörmətlə yanaşmalıdır", - deyə R.Pəhləvi əlavə edib.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Trend videosüjeti təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti