Bakı. Trend:
Azərbaycan zəlzələnin ilk anlarından Türkiyəyə dəstək göstərən ölkə oldu.
Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Rəcəb Şəkər TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən iclasında deyib.
O qeyd edib ki, Azərbaycan əlindən gələn bütün dəstəyi göstərdi.
“Azərbaycan xalqı türkiyəli qardaşlarına yardımlar göndərdi. Bu, bir daha Türkiyə-Azərbaycan qardaşlığını göstərdi. Azərbaycanlı qardaşlarımıza təşəkkürümüzü bildiririk”, - deyə o vurğulayıb.