...

Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlıq mövcuddur - Nino Burcanadze

Siyasət Materials 9 Mart 2023 17:57 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlıq mövcuddur - Nino Burcanadze
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlıq mövcuddur.

Trend-in məlumatına görə, bunu Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, bu əməkdaşlıq yalnız ölkələr üçün yox, regional sabitlik üçün əhəmiyyətlidir.

“Birləşmiş Millətlər Təşkilatı kifayət qədər əhəmiyyətli deyil. Effektiv mexanizmlər tapmalıyıq. Biz əməkdaşlıq üçün çoxtərəfli mexanizmlərdən istifadə etməliyik. Regional təşkilatlar da çox faydalı ola bilər. Əlbəttə, biz istərdik ki, qarşılaşdığımız problemləri həll edək. Bunun üçün regional təşkilatları gücləndirməliyik", - o vurğulayıb.

Xatırladaq ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən, təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin, qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti