...

Heydər Əliyevin strateji baxışları zaman və nəsilləri geridə qoyub - Eka Tkeşelaşvili

Siyasət Materials 1 Aprel 2023 13:36 (UTC +04:00)
Heydər Əliyevin strateji baxışları zaman və nəsilləri geridə qoyub - Eka Tkeşelaşvili
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyevin strateji baxışları bütün zamanları və nəsilləri geridə qoyub.

Bu barədə şənbə günü Gürcüstanın keçmiş ədliyyə naziri, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin (NGBM) üzvü Eka Tkeşelaşvili Trend BİA və NGBM-in birgə layihəsi olan "Heydər Əliyev İrsi" adlı layihəsi çərçivəsində deyib.

"Prezident Heydər Əliyev haqqında xatirələr bir Gürcüstan vətəndaşı olaraq mənim üçün çox təsirlidir, belə ki, mən onun təkcə Azərbaycan dövlətinin qurulmasında deyil, bütün region, xüsusən, Gürcüstan üçün oynadığı rolu aydın xatırlayıram. Xalqlarımız arasındakı sıx qardaşlıq əlaqələri məhz Heydər Əliyevin prezidentliyi dövründə yenidən canlandı", - o deyib.

Gürcüstanın sabiq naziri enerji müstəqilliyi, Şərqlə Qərb arasında əlaqələr, habelə, bütün bunlarda Qafqazın rolu kimi gündəlikdə duran məsələlərin təməlinin həmin dövrdə qoyulduğunu qeyd edib.

"Prezident Heydər Əliyev və Gürcüstanın ovaxtkı prezidenti Eduard Şevardnadze birlikdə bu baxışı yaradıblar və bu baxış indiyədək beynəlxalq səviyyədə rollarımız baxımından xalqlarımıza xidmət etməklə yanaşı, dövlət quruculuğu, regionun iqtisadi tərəqqisi, habelə Azərbaycan və gürcü xalqlarının rifahının əsasını təşkil edib. Heydər Əliyevin obrazı və geridə qoyduğu irsi yaxşı bilinir və layiqincə dəyərləndirilir. Biz gürcülər onu özümüzünkü hesab edirik, cünki ölkəmizin tərəqqisində onun rolu çox böyük olub. İki yaxın xalqın strateji tərəfdaşlığının bütün bu təməli onun şəxsi səyləri sayəsində möhkəmlənib", - Tkeşelaşvili sonda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti