...

Böyük Britaniya minalarla mübarizədə Azərbaycanla əməkdaşlığa davam edir -Səfirlik

Siyasət Materials 4 Aprel 2023 13:37 (UTC +04:00)
Böyük Britaniya minalarla mübarizədə Azərbaycanla əməkdaşlığa davam edir -Səfirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya minalarla mübarizədə Azərbaycanla əməkdaşlığa davam edir.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tvitter hesabında yazılıb.

"Minalar heç bir fərq qoymadan həyatları təhlükə altına alır və müharibələr bitdikdən sonra insanların evlərinə qayıtmasına mane olur. Böyük Britaniya və tərəfdaşlarımız bərpa edilən əraziləri yaşamaq üçün təhlükəsiz etməyə davam edəcəklər", - deyə qeyd edilib.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti