...

Şuşa səfəri TÜRKSOY-a üzv ölkələr tərəfindən fəaliyyətimizə dair mühüm qərarlar qəbul edilməsinə imkan yaradacaq - Bilal Çakıcı

Siyasət Materials 7 Aprel 2023 15:35 (UTC +04:00)
Şuşa səfəri TÜRKSOY-a üzv ölkələr tərəfindən fəaliyyətimizə dair mühüm qərarlar qəbul edilməsinə imkan yaradacaq - Bilal Çakıcı
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa şəhərinə səfər bizim, yəni TÜRKSOY-a üzv ölkələrin fəaliyyətini müəyyən edən mühüm qərarların qəbuluna imkan yaradacaq.

Trend xəbər verir ki, bu barədə TÜRKSOY baş katibinin köməkçisi Bilal Çakıcı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimindən sonra jurnalistlərə deyib.

"TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaları çox böyük işlər görüblər. Lakin bugünkü tədbir və Şuşa şəhərinə səfər məsləhətləşmələr apararaq UNESCO çərçivəsində əməkdaşlığımızın ümumi inkişafı naminə qərar qəbul etməyimizə imkan yaradacaq", - B.Çakıcı deyib.

O, həmçinin, Şuşa şəhərinin mədəni irs məsələlərində hədsiz əhəmiyyət daşıdığını qeyd edib.

"Düşünürəm ki, Şuşa şəhərindəki bir çox obyekt UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil ediləcək. Beləliklə, bu cür mədəni dəyərlərin gündəlikdə duracağı fərəhvericidir", - deyə o əlavə edib.

Qeyd edək ki, TÜRKSOY-un bu iclası Azərbaycan Respublikası Prezidentinin yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ADA Universiteti, həmçinin, Universitetin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən birgə təşkil olunub.

Xatırladaq ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı qurulmasının otuzuncu ildönümünü qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti