...

Prezident İlham Əliyev: Dünən baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır

Siyasət Materials 12 Aprel 2023 12:38 (UTC +04:00)
Prezident İlham Əliyev: Dünən baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır

Bakı. Trend:

Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib.

Görüş zamanı Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırdı. Bu baxımdan dövlətimizin başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğuladı və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini dedi və onların Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırdı.

Dövlətimizin başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti