...

Azərbaycan və Tacikistan arasında əməkdaşlığın inkişafında yeni perspektivlər açılır - Afət Həsənova

Siyasət Materials 12 Aprel 2023 13:15 (UTC +04:00)
Azərbaycan və Tacikistan arasında əməkdaşlığın inkişafında yeni perspektivlər açılır - Afət Həsənova

Bakı. Trend:

Prezident İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova vurğulayb ki, səfər çərçivəsində imzalan sazişlər və memorandumlar iki ölkə arasında əməkdaşlığın inkişafında yeni perspektivlər açacaq.

“İmzalanan sənədlər iqtisadi, maliyyə, kənd təsərrüfatı, sahibkarlığın inkişafı, mədəniyyət, turizm və digər mühüm sahələri əhatə edir. Xüsusilə “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” mühüm əhəmiyyətə malikdir. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın dost ölkənin şəhəri ilə qardaşlıq əlaqələri qurması qürurvericidir. Bu eyni zamanda Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin bizə indi də yaşatdığı sevinc hissidir”, - deyə deputat bildirib.

Deputat qeyd edib ki, iqtisadi sahədə imzalanna sənədlər Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin, o cümlədən iki ölkə arasında turist mübadiləsinin artmasına imkan verəcək.

“Həmçinin iki ölkənin Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi hər iki ölkə üçün həm ikitərəfli siyasi əlaqələri inkişaf etdirmək, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etmək, bir birilərini dəstəkləmək baxımından önəmlidir. Bu baxımdan dövlət səfərini iki ölkə arasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar”, - deyə deputat bildirib.

A.Həsənova əlavə edib ki, Azərbaycan-Tacikistan münasibətlərinin tarixi kökləri var. “Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Hər iki ölkə yenidən müstəqillik qazandıqdan sonra bu münasibətlər müstəqil dövlətlər müstəvisində quruldu və indiyə qədər böyük inkişaf yolu keçib. Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

İki ölkə arasında əlaqələrin qurulması və inkişaf etdirilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib və bundan sonra da inkişaf edəcək”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti