...

Azərbaycanın inkişafı, müstəqilliyi, bugünkü qüdrəti Heydər Əliyevlə bağlıdır – Əhliman Əmiraslanov (FOTO/VİDEO)

Siyasət Materials 9 May 2023 23:03 (UTC +04:00)
Azərbaycanın inkişafı, müstəqilliyi, bugünkü qüdrəti Heydər Əliyevlə bağlıdır – Əhliman Əmiraslanov (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın inkişafı, müstəqilliyi, bugünkü qüdrəti heç şübhəsiz ki, ulun öndər Heydər Əliyevlə bağlıdır. Ölkəmizdə elmin, təhsilin, səhiyyənin və digər sahələrin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olub.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində Milli Məclisin komitə sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O, əlavə edib ki, 90-cı illərin əvvəllərində bu sahələrdə ciddi tənəzzül yaşanırdı.

"Həmin dövrdə Azərbaycanın ən böyük təshil müəssisələrindən biri olan Tibb Universitetinə rəhbərlik edirdim. Təhsil müəssisələrimiz çox ağır vəziyyətdə idi. Dərsləri noyabr-dekabr aylarında başlayırdıq. Maddi-texniki baza tam dağılmışdı. Ancaq ulu öndər hakimiyyətə gəldikdən sonra addım-addım uğurlar qazanılmağa başlanıldı", - deyə Ə.Əmiraslanov əlavə edib.

Ə.Əmiraslanov qeyd edib ki, ulu öndər Heydər Əliyevlə bir çox təmasları olub, bu xoş xatirələri daim məmnunluqla yada salır.

"Bizim Heydər Əliyevlə görüşlərimiz, təmaslarımız əsasən mənim peşəmlə bağlı idi. Ölkədə tanınan, sayılıb seçilən insanların, ziyalılarımızın müalicəsi, diaqnostikası ilə bağlı dəfələrlə söhbətlərimiz olub. Heydər Əliyev göstərişlər verir, həmin insanların səhhəti ilə maraqlanırdı. Çox diqqətcil, həssas insan idi. O, bütövlükdə Azərbaycan xalqını varlığı ilə sevirdi. Bir neçə dəfə Tibb Universitetini ziyarət edib. Yeni binaların, korpusların açılışlarında şəxsən iştirak edib. Ulu öndər tibb işçilərinin əməyini də yüksək qiymətləndirirdi, onları müxtəlif fəxri adlarla təltif edirdi. Tibb Universitetinin klinikalarının yaradılmasının da təməli Heydər Əliyev tərəfindən qoyulub, - deyə Ə.Əmiraslanov əlavə edib..

Akademik vurğulayıb ki, Heydər Əliyev SSRİ Nazirlər soveti sədrinin 1-ci müavini vəzifəsində çalışarkən ittifaq səvviyyəsində səhiyyənin inkişafına böyük töhvələr verib.

"Həmin illərdə bir çox müttəfiq respublikalarda tibb müəssisələrinin tikilib istifadəyə verilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Həmin ölkələrin ictimaiyyəti bu gün də Heydər Əliyevə minnətdarlıqlarını ifadə edirlər. Bir sözlə, Heydər Əliyevin əziz xatirəsi daim ürəklərdə yaşayacaq, əbədi anılacaq, - deyə Ə.Əmiraslanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti