...

Prezident İlham Əliyev Efiopiya Prezidentinə milli bayram münasibətilə təbrik məktubu göndərib

Siyasət Materials 27 May 2023 14:01 (UTC +04:00)
Prezident İlham Əliyev Efiopiya Prezidentinə milli bayram münasibətilə təbrik məktubu göndərib

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Efiopiya Prezidenti Sahle-Vork Zevdeyə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

Hörmətli xanım Prezident,

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti