...

Türkiyə mediası: Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi

Siyasət Materials 28 May 2023 21:44 (UTC +04:00)
Türkiyə mediası: Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib.

Trend xəbər verir ki, Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırılıb. Türkiyə mediası Prezident İlham Əliyevin təbrikini "Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi" başlığı ilə yayıb.

Türkiyə mediası Prezident İlham Əliyevin Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti