...

Bugün Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək

Siyasət Materials 20 Noyabr 2023 03:18 (UTC +04:00)
Bugün Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək

Bakı. Trend:

Bugün Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda Fələstin-İsrail münaqişəsi müzakirə olunacaq.

Məlumat üçün qeyd edək ki, iqtisadiyyatda baş verənlər və terrorla mübarizə də Nazirlər Kabinetinin iclasında müzakirə ediləcək mövzular sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti