...

Hakan Fidan Sergey Lavrovla taxıl sazişini müzakirə etdi

Siyasət Materials 18 İyul 2023 13:20 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-ə istinadən məlumatına görə, nazirlər taxıl sazişin müzakirə ediblər.

Bundan başqa XİN rəhbərləri Rusiyanın Türkiyəyə meşə yanğınlarına qarşı mübarizədə yanğınsöndürən təyyarə göndərməsi barədə danışıqlar aparıblar.

Xatırladaq ki, iyulun 17-də Rusiya taxıl sazişinə xitam verdiyini elan edib.

Rusiya XİN taxıl sazişinin dayandırılması ilə bağlı Ankara, Kiyev və BMT katibliyini rəsmən məlumatlandırıb.

Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nin müddəti bu gün bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti