...

Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir - Araz Əzimov

Siyasət Materials 27 İyul 2023 17:29 (UTC +04:00)
Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir - Araz Əzimov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir.

Trend xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

O, bu xüsusda, Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib.

Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb.

Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək “Ağdam-Xankəndi” yolundan istifadənin təklif olunduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti