...

Ermənistan Ağdam-Xankəndi yolundan istifadəyə etiraz etməməlidir - Xarici işlər nazirinin müavini

Siyasət Materials 27 İyul 2023 17:32 (UTC +04:00)
Ermənistan Ağdam-Xankəndi yolundan istifadəyə etiraz etməməlidir - Xarici işlər nazirinin müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan tərəfi həqiqətən Azərbaycan ərazi bütövlüyünü dəstəkləyirsə, “Ağdam-Xankəndi” yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə maneçilik törətməməlidir.

Trend xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

Bu xüsusda, beynəlxalq ictimaiyyətin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli olduğunu, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti