...

Ermənistanın vəziyyəti daha da çətinləşdi - İrəvan öz ayağına sıxır (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 18 Avqust 2023 17:59 (UTC +04:00)
Ermənistanın vəziyyəti daha da çətinləşdi - İrəvan öz ayağına sıxır (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi bir daha göstərir ki, Ermənistan növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barışmaq istəmir.

Bölgədə “humanitar vəziyyət” barədə hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş Ağdam-Xankəndi yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsinə çağırışlara baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi Ermənistan tərəfinin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Elşad Həsənov bildirib ki, Ermənistanın həm daxili, həm də xarici siyasəti tənəzzülə uğrayır.

“Ermənistan heç vaxt sözünün üstündə durmur. Paşinyan görüşlər zamanı söz versə də, sonradan hansısa qüvvələrin təsiri altında sülh müqaviləsinin imzalamasını uzatdı. Təəssüf ki, Ermənistan öz havadarlarının, xüsusilə Fransanın dəstəyi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır”, - deyə o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti