...

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)

Siyasət Materials 3 Sentyabr 2023 20:53 (UTC +04:00)
İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı Ağdamda həyata keçirib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti tərəfindən Ağdamda Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, dini, mədəni və tarixi abidələrə baxış keçirilib, Qiyaslı və Qarağacı məzarlıqlarının, Şəhidlər xiyabanının, Cümə məscidinin yerində monitorinqi aparılıb.

Qonaqlar, həmçinin Ağdam şəhər mərkəzində yeni yaşayış məhəllələri, həyata keçirilən tikinti-quruculuq işləri baradə məlumatlandırılıblar.

Qonaqların Ağdama səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti