...

Paris Qarabağ məsələsində yalnız ermənilərin mövqeyindən çıxış edir - Rufiz Hafizoğlu "France 24" telekanalına müsahibə verib (FOTO/VİDEO)

Siyasət Materials 28 Sentyabr 2023 09:25 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüf ki, Paris Qarabağ məsələsində yalnız ermənilərin mövqeyindən çıxış edir və heç bir halda Azərbaycanın haqlı mövqeyini görmək istəmir.

Trend xəbər verir ki, bunu ərəb dilində yayımlanan “France 24” telekanalına müsahibəsində Trend BİA-nın baş direktorunun müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri Rufiz Hafizoğlu deyib.

O qeyd edib ki, Qərbin Azərbaycanı regionun demoqrafiyasını dəyişdirməkdə ittiham etməsi gülüncdür.

“Azərbaycan heç bir halda bölgənin demoqrafik tərkibini dəyişdirməyib. Bunu 30 il bundan əvvəl Ermənistan edib və buna nədənsə beynəlxalq ictimaiyyət göz yumub. Siz bu gün nədənsə Qarabağdakı bir ovuc ermənidən danışdıqda bir milyondan çox azərbaycanlı qaçqın haqqında susursunuz, məgər Qarabağda yalnız ermənilər yaşayıb, məgər oranın əsl sahibləri ermənilər olub?”, - deyə R.Hafizoğlu bildirib.

Aparıcının "Nə üçün Azərbaycan Ruben Vardanyanı həbs edib?" sualına “Vardanyan cinayətkardır və onun saxlanılmasında qeyri-qanuni heç bir şey yoxdur”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti