...

Zəngəzur dəhlizinin bərpası Bakı-İrəvan münasibətlərinin normallaşmasına xidmət edəcək - Zaxarova

Siyasət Materials 4 Oktyabr 2023 16:36 (UTC +04:00)
Zəngəzur dəhlizinin bərpası Bakı-İrəvan münasibətlərinin normallaşmasına xidmət edəcək - Zaxarova
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin bərpası Bakı-İrəvan münasibətlərinin normallaşması istiqamətində irəliləyiş əldə etmək üçün mühüm potensiala malikdir.

Trend çərşənbə günü xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Baş nazir müavinlərinin həmsədrliyi altında üçtərəfli işçi qrup çərçivəsində işlər görülür", - o deyib.

Zaxarova Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunun bərpası layihəsinin nəzərdən keçirildiyini bildirib.

"Bu layihənin icrasında İrəvan-Bakı münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyiş əldə etmək üçün mühüm potensial görürük. Əlbəttə, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmalar əldə etməyə hazırlığından asılıdır", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti