Makron seçkilərdən öncə müstəmləkəçiliyi cinayət adlandırmışdı.
Trend xəbər verir ki, bunu Tahiti azadlıq partiyasının üzvü Heinui Le Cail mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Makron düşünür ki, başqa ölkələrin etdiyi müstəmləkə cinayətdir, lakin Fransanın etdiyi cinayət deyil.
“Biz 40 ildir mübarizəmizi davam etdiririk. Azərbaycana da bu şəraiti yaratdığına görə təşəkkür edirik. Bu təşəbbüslə bizim Qoşulmama Hərəkatı ölkələrinə çıxışımız oldu və səsimizi daha çox çatdıra bilərik”,- deyə o, əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.