Bakı. Trend:
Almaniya xarici işlər naziri Qarabağ bölgəsində coğrafi adlar səsləndirkən qondarma adlardan istifadə edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Çox xahiş edərdim ki, Azərbaycan suvernliyinə və beynəlxalq hüquqa hörmət göstərilsin ",- deyə nazir bildirib.
Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.
Hər suveren ölkə ərazisindəki adlar BMT-nin müvafiq komitəsinə təqlim olunan coğrafi adlar çəkilməlidir. Həmin reyestrdə Almaniya Xin başçısının istifadə etdiyi ikinci adlar mövcud deyil. Nazirin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını istəyərdim.