...

Avropada siyasi lider çatışmazlığı: dünyanı kimlər ciddi problemlərlə üz-üzə qoyur? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 8 Noyabr 2023 21:12 (UTC +04:00)
Avropada siyasi lider çatışmazlığı: dünyanı kimlər ciddi problemlərlə üz-üzə qoyur? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra Avropa ölkələri ikili standartlar və qərəzli mövqeyindən hələ də əl çəkə bilmir. Bu da ondan irəli gəlir ki, Avropada əvvəlki nüfuzlu siyasi liderlər artıq yoxdur, Avropa siyasətinin cılızlaşması baş verir. Bunun fonunda E.Makron kimiləri özünü Avropanın əsas siyasətçisi kimi aparmağa çalışırlar. Almaniya kimi dövlətin isə xarici işlər nazirinin yalan danışması, Azərbaycanın şəhər adlarını təhrif etməsi isə Avropa siyasətçilərinin imicinə böyük bir zərbədir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, son illərdə Avropada nüfuzlu siyasətçilərin olmaması özünü daha qabarıq şəkildə biruzə verir.

“Elə son illərdə dünyada baş verən münaqişələrin kökündə özlərini dünya ictimaiyyəti adlandıran dövlətlərin rəhbərlərinin mövqeyidir, lider kimi çıxış edə bilməməlidir. Onların proseslərə bəşəriyyətin gələcəyi nöqteyi-nəzərindən yanaşmamaları, sülh naminə öz baxışlarını formalaşdıra bilməmələri nəticəsində dünyamız çox ciddi problemlərlə üz-üzədir”, - deyə deputat əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti