...

ABŞ Cənubi Qafqazda nüfuzunu artıraraq, prosseslərə təsir etmək istəyir - ŞƏRH

Siyasət Materials 16 Noyabr 2023 17:17 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ illərdir Azərbaycanla və regionun digər oyunçuları ilə daha balanslaşdırılmış siyasət aparıb indi isə daha fərqli siyasətə üz tutub. Çox gümanki bu Rusiya və Qərb münasibətlərinin təsiri ilə baş verir.

Bu barədə Trend-in suallarını cavablayarkən politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, Rusiya indi ABŞ və Qərblə açıq münaqişədədir.

"Yəni şərti cəbhə xəttini Ukraynadan Cənubi Qafqaza uzatmaq istəyirlər. Ermənistan hazırda , Rusiyanın təsiri altında olan ölkədir. Amma onların hakimiyyəti anti-Rusiya oyunu oynamağa başlayıb. Burda Qərbdən, xüsusilə ABŞ-dən istifadə etmək istəyir. Bunlar Azərbaycanı oyunlara qatmaq istəyirlər. Ermənistan ABŞ-nin təsirini möhkəmlənidirməklə, Rusiyanı regiondan uzaqlaşdırmağa çalışır. Həm də ABŞ regionda nüfuzunu artırmaq, proseslərə təsir etmək istəyir.

Onu da demək lazımdır ki, Qarabağ erməniləri növbəti dəfə təhlükəli proseslərin reallaşdırılması üçün istifadə edilir. Əslində onlar sadəcə bir vasitədir. Bu vasitə ilə ABŞ regiona hərbi-siyasi nüfuz etmək və regiondakı proseslərə müdaxilə etmək istəyir. ABŞ-nin rus sülhməramlıların getməsi, yerinə digər sülhməramlıların gəlməsi istəyi isə ondan ibarətdir ki, regionda Rusiyanı ABŞ əvəz etsin.

Təxminən məqsəd budur. Təəsüflər olsun ki, bu məqsədə çatmaq üçün bütün vasitələr istifadə olunur. Bu da son nəticə olaraq regionda ABŞ-nin nüfuzunu aşağı salır və ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir", - deyə İ.Vəlizadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti