...

Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək

Siyasət Materials 29 Noyabr 2023 12:25 (UTC +04:00)
Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan noyabrın 30-da iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə edəcək.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, baş nazir müavinlərinin görüşü Qazax-İcəvan sərhəddində keçiriləcək.

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bildirib ki, İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.

Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir.

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti