...

Azərbaycanın beynəlxalq aləmdə səsi var və regional gücə çevrilmək yolundadır - Mehmet Yüce

Siyasət Materials 10 Dekabr 2023 12:00 (UTC +04:00)
Azərbaycanın beynəlxalq aləmdə səsi var və regional gücə çevrilmək yolundadır - Mehmet Yüce
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan müstəqillik əldə etdiyi andan Qarabağın öz vətəninin ərazisinə qaytarılmasını özünün strateji hədəfinə çevirmiş və beynəlxalq hüquqda "Qarabağ Azərbaycandır" və "işğalçı Ermənistan" tezislərini daim vurğulanıb.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, Qarabağdakı qələbə təkcə tarixi ərazinin bərpası deyil, həm də Azərbaycanın milli qürurunun bərpası və Ermənistanın bölgədə törətdiyi vəhşiliklərə görə döyüş meydanında bədəl ödəməsi idi.

“Ona görə də Azərbaycan üçün Qarabağda Qələbənin müstəqillik qədər vacib məsələ olduğunu söyləmək mübaliğə olmaz. Eyni zamanda,böyük qələbə mənasını verən bu nailiyyət yüz illər boyu danışılacaq tarixi bir hadisə idi. Buradakı ən vacib mesaj, bu müvəffəqiyyətin iki memarının mesajı dünyaya çiyin-çiyinə çatdırmasında idi.

44 günlük Vətən Müharibəsinin Azərbaycanın zəfərilə başa çatması şərəfinə 10 dekabr 2020-ci ildə Azadlıq Meydanında təşkil edilən Zəfər Paradında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə iştirakı iki qardaş ölkənin müttəfiqliyini bütün dünyaya bəyan etməsidir.

Qələbə paradında iki qardaş dövlətin prezidentlərinin yan-yana mövqe tutmaları, sonradan verdikləri bəyanatlar hüquqi, siyasi və iqtisadi ölçüləri ilə konkretləşdi və iki ölkə arasındakı münasibətlərdə də özünü göstərdi.

Azərbaycan əvvəlkindən daha güclüdür, beynəlxalq aləmdə səsi var və regional gücə çevrilmək yolundadır. Azərbaycan-Türkiyə münasibətləri əvvəlkindən daha güclü, çoxoxlu və strateji müttəfiqlik səviyyəsinə yüksəlib”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti