Bakı. Trend:
Fransa neokolonial siyasət aparmağa davam edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev "Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər" adlı konfransda çıxışında deyib.
"Neokolonializm və onun nəticələri beynəlxalq münasibətlər və beynəlxalq hüquq üçün ciddi təhdid törədir. Fransa keçmiş müstəmləkəçi dövlət kimi neokolonial vasitələrindən istifadə edir, yerli əhaliyə məxsus resursları istismar edərək qanunsuz ticarət həyata keçirir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan müstəmləkəçiliklə mübarizədə təcrübəyə malikdir və bunu - ümumi tarix və təcrübəni həmçinin xarici dövlətlər tərəfindən əsarət altına alınan, müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqlarla bölüşmək istəyər.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfrans Qoşulmama Hərəkatının (QHH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu, eləcə də Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (NAM Youth Organization) tərəfindən təşkil olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)